image

POLŞA-da oxumağı planlaşdıranlar üçün bəzi məlumatlar.
🔵Polşa Respublikası – Mərkəzi Avropada yerləşərək qərbdən Almaniya, cənubdan Çexiya Respublikası və Slovakiya, şərqdən Ukrayna və Belarus, şimaldan isə Baltik Dənizi, Litva və Rusiya ilə həmsərhəddir. Ölkənin həmçinin Danimarka və İsveç ilə dəniz sərhədləri vardır.
Paytaxti Varşava şəhəridir. Ərazisi 313.683 km/kv, əhalisi 38.5 mln nəfər təşkil edir.
🔹Artıq Avropada Polşa universitetləri yüksək təhsil verən universitetlər kimi göstərilir. Polşa universitetlərinə hər il xaricdən təxminən 10000 sayda əcnəbi tələbə təhsil almağa gəlir.
Polşanın bir çox dövlət universitetlərində Bakalavriat və Magistratura təhsili ala bilərsiz. Burada təhsil ingilis və polyak dilindədir. Polşa universitetlərində bakalavriat təhsili üçün 11-ci sinfi bitirmək kifayətdir. 11-ci sinfi bitirdikdən sonra IELTS və yaxud da TOEFL imtahanı verərək birbaşa bakalavriat dərəcəsində təhsil almaq mümkündür. Bakalavriat təhsil müddəti əsasən 3, bəzən 4 ildir. Əgər TOEFL və yaxud da IELTS nəticəsi yoxdursa, 1 il foundation ( hazirliq kusru) keçdikdən sonra təhsil almaq mümkündür.
Magistratura təhsili almaq üçün isə, bakalavriat dərəcəsi və IELTS ya da TOEFL imtahanı nəticəsi yetərlidir. Magistratura təhsili 1.5 və ya 2 ildir.
Polşa Universitetlərində təhsil haqqı 800-2500 avro apasi dəyişir, həmçinin bəzi universitetlırdə təqaüd proqramı var.
🔹 Təhsil ala biləcəyiniz ən nüfuzlu universitetlər aşaqidakilar:
✦ Varşava Universiteti
✦ Varşava Texniki Universiteti
✦ Varşava Tibb Universiteti
✦ Vistula Universiteti ✦ Lazarski Universiteti
✦ Dombrova Qurniça Biznes Universiteti (350 avro təqaüd)
✦ Krakov İqtisad Universiteti
✦ Krakov Texniki Universiteti
✦ Vroslav Universiteti
✦ Lodz Universiteti 1250 avro illik (normalda 2500 avrodur 50% endirim)
✦ Poznan Universiteti
✦ Poznan İqtisad Universiteti
✦ Poznan Tibb Universiteti
✦ Poznan Texniki Universiteti
🔹 Qəbul ücün lazımi sənədlər aşağıdakı kimidir:

  1. B2 dil bilgesi (Eng)
  2. Motivation letter
  3. Reference letter
  4. CV europass format
  5. Şəkil
  6. Xarici pasport
  7. Attestat (Diplom magistratura üçün)
  8. Transcript
  9. Sağlamlıq haqqında arayış
    ▫ Sənədlər polyak dilində tərcümə və notarial qaydada təsdiq olunmalidir.