image

🇧🇾 Belarusiyada təhsil.
▫Belarusiya, Avropanın şərqində yerləşir. Ukrayna, Polşa, Rusiya, Litva və Latviya ilə sərhəddədir.
Belarusiyanln əhalisi 9,5 milyon nəfərdir. Onların 2 milyonu Minskdə yaşayır. Numbeodun 378 ən təhlükəli şəhər siyahısında Minsk təhlükəsizliyə görə 351-ci yeri tutub və MDB-də ən təhlükəsiz şəhəridir. Belarusiya “Avropanın ağciyəri” adlanır, çünki Belarusiyanın geniş ərazisi meşələr, çaylar və göllərdir. Turistlər xüsusilə Belovezskayaya heyran qalırlar. Bu məşə Avropanın ən böyük və ən qədim meşəsidir, burada hər biri 500 ildən çox olan iki mindən çox nəhəng ağaclar var.
Həmçinin siz Belarusiyada yüksək keyfiyyətli ali təhsil ala bilərsiniz
▫ Belarusiyada İllik təhsil haqqı 1,000$-dan 5,600$-a qədər dəyişir. Xarici abituriyentlər arasında ən çox tələb olunan və populyar istiqamətlər tibb, İT, İqtisadiyyat, mühəndislik, texnologiya və kənd təsərrüfatı ixtisaslaridir.
Belarus Dövlət Rabitə Akademiyasında info-kommunikasiya sahəsində mühəndisi ixtisasına yiyələnmək üçün illik təhsil haqqı sizə 1200 ABŞ dolları məbləğində başa gələcək.
Diş həkimi İxtisasl İllik təhsil haqqı 4500 dollar (rus dilində), illik 5600 dollar (ingilis dilində). İnformasiya texnologiyaları sahəsində mütəxəssislər İllik təhsil haqqı 2500 ABŞ dolları (rus dilində), illik 5000 ABŞ dolları (ingilis dilində) ödəniş edirlər. Mühəndis və ya agronom olmağı istəyənlər hər il ildə 2,650 ABŞ dolları (rus dilində), illik 4000 ABŞ dolları (ingilis dilində) təhsil alacaqlar. Magistr və doktorluq (PhD) dərəcə əldə etmək xərcləri çox aşağıdir. Qiymətlər ixtisasdan aslı dəyişir.
Belarusiyadakı tərəfdaşlarımızla 5 ildir dostluq münasibətdəyik. Bu, tələbələrimizin problemlərini tez bir zamanda həll etməyə və bütün suallara cavab verməsinə imkan verir.
▫Belarusiyada siz bizim vasitənizlə aşağıdakı universitlırdə təhsil ala bilərsiniz.

1. Belarusiya Dövlət Rabitə Akademiyası
2. Belarusiya Dövlət İqtisad Universiteti
3. Maksim Tank adına Belarusiya Dövlət Pedaqoji Universiteti
4. Belarusiya Dövlət İnformatika və Radioelektronika Universiteti
5. Belarusiya-Rusiya Universiteti
6 .Belarusiya Dövlət Tibb Universiteti
7. Belarusiya Dövlət Tibb Kolleci
8. Vitebsk Dövlət Texniki Universiteti
9. Polotsk Dövlət Universiteti
10. P.O.Suxovo adına Qomel Dövlət Texniki Universiteti
11 .Beynəlxalq “MITSO” Universiteti
12. Qrodno Dövlət Aqrar Universiteti
13. Belarusiya Dövlət Universiteti
14. Belarusiya Dövlət Texniki Universiteti
15. A.S Puşkin adına Brest Dövlət Universiteti

▫ Belarusiyada Universitetlərinə qəbul ücün tələb olunan sənədlər

1. Attestat
2. Xarici pasport
3. Sağlamlıq haqqında arayış Forma-86
4. 3/4 ölcüdə 8 ədəd fotoşəkil
5. Rektorun adına ərizə

Sənədlər belarus dilinə tərcümə və notarial qaydada təsdiq olunmalidir