
XİDMƏTLƏRİMİZ BUNLARDAN İBARƏTDİR:
ŞƏXSİ MENECER (Davamlı dəstəyə ehtiyacı olanlar üçün)
- Fərdi müşayiət və yardım
- Sənədləşmə
- Transfer
- SİM kartın qeydiyyatı + internet
- Tədris müqaviləsi
- Təhsil qrupuna qeydiyyat
- Vətəndaşlıq və miqrasiya orqanlarında qeydiyyat
- Tibbi müayinələr zamanı müşayiət
- Yerləşməyinizə kömək
- Fövqəladə hallarda kömək
- Hava limanından/dəmiryol stansiyasından yataqxanaya transfer
TRANSFER
Sizi hava limanında qarşılayacağıq, getdiyiniz yerə aparacağıq, hər bir detal barədə danışacağıq və sizə göstərəcəyik.
Biz bununla məşğul olacağıq:
- Yataqxanaya qeydiyyat
- Məişət və digər əlaqəli məsələlərdə köməklik
- SİM kartın verilməsində köməklik

TƏQAÜD PROQRAMI
Pulsuz təhsil almaq fürsətini qaçırmayın! Biz sizə lazımi sənədləri toplamaqda və qrant üçün müraciət etməkdə kömək edəcəyik.
Bunlar olduqca realdır:
- Attestatda qiymətlərin yüksək olması
- Rus və ya ingilis dillərin biliyi
XİDMƏT HAQQI
Bir neçə addımda biz sizə lazım olan hər bir məsələdə kömək edə bilərik!
- Proqram seçin
- Ərizə doldurun
- Lazımi sənədləri toplayın və bizə göndərin.
- Xidmət haqqı hər bir universitet ücün və göstərilən xidmətə görə dəyiş

APOSTİL XİDMƏTİ
Apostil möhürünün xarici ölkələrin diplomlarına əlavə olunmasında şirkətimiz sizə kömək edəcəkdir. Nəzərə alsaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi bu möhürü mütləq tələb edir, əməkdaşlarımız etibarnamə əsasında sizin üçün təhsil aldığınız ölkəyə gedəcək və həmin ölkənin Təhsil Nazirliyində diplomunuzu təsdiqləyəcəkdir. Beləliklə, vaxtınıza və vəsaitinizə qənaət edirsiniz.
Tələb olunan sənədlər:
- Diplom
- Diplom əlavəsi
- Şəxsiyyət vəsiqəsi ( rus dilinə tərcümə və təsdiqi)
- Nümayəndəyə etibarnamə ( rus dilinə tərcümə və təsdiqi)

XARİCİ DİPLOMLARIN TANINMASININ ONLAYN QEYDİYYATI XİDMƏTİ
Başqa ölkədə bakalavr və ya magistr dərəcəsi almış və Azərbaycanda ali təhsilini davam etdirməyi, işləməyi planlaşdıranlar üçün xarici diplomların tanınmasına (onlayn qeydiyyata) köməklik edirik:
- Zəruri sənədlərlə bağlı məsləhət vermək.
- Butün lazımi sənədləri hazırlamaq.
- Təsdiq üçün sənədlərin verilməsini təşkil etmək.
- Sənədlərin tərcümə və notarial təsdiqini etdirmək.
- Dövlət rüsumunun banka ödənilməsini təşkil etmək.
Xarici ölkə diplomlarının tanınması şərtləri:
- Diplomun tanınması üçün ixtisası haqqında ümumi biliklərə sahib olmalıdır.
- Diplomun tanınması üçün dərslərdə lazımınca iştirak etməlidir (dərs davamiyyətində heç bir qanun pozuntusu olmamalıdır).
- Diplomların tanınması üçün oxuduğu ölkənin dilini ümumi (orta) səviyyədə bilməlidir.
Diplomların tanınmasına görə şirkət heç bir məsuliyyət daşımır!
Diplomların tanınması üçün lazım olan sənədlərin siyahısı:
Bakalavriat üçün lazım olan sənədlər:
- Diplom (əsli, azərbaycan dilinə tərcümə və təsdiqi)
- Diplom əlavəsi (əsli, azərbaycan dilinə tərcümə və təsdiqi)
- Diplomun apostili
- Şəxsiyyət vəsiqəsi
- Xarici pasport
- Hərbi bilet (oğlanlar üçün)
- Nigah haqqında şəhadətnamə ( soyad dəyişikliyi varsa)
Magistratura üçün lazım olan sənədlər:
- Bakalavr diplomu(əsli, azərbaycan dilinə tərcümə və təsdiqi)
- Bakalavr diplomuna əlavə (əsli, azərbaycan dilinə tərcümə və təsdiqi)
- Magistr diplomu (əsli, azərbaycan dilinə tərcümə və təsdiqi)
- Magistr diplomuna əlavə (əsli, azərbaycan dilinə tərcümə və təsdiqi)
- Diplomların apostili
- Xarici pasport
- Hərbi bilet (oğlanlar üçün)
- Nigah haqqında şəhadətnamə ( soyad dəyişikliyi varsa)
www.erudit.edu.az saytina daxil olmaqla və [email protected] elektron ünvanına suallar göndərməklə bütün suallara ən qısa müddətdə cavab ala bilərsiniz.